Sevinc Mürvətqızı - şeirlər
Sənin qara günün
Ağartdı saçlarımı,
Göy əskiyə bükdü günümü,
Saraltdı gözlərimin kökünü,
İndi qırmızı-qırmızı yaşayıram
Bomboz ömrü-
sənin qara gününün acığına… Davamını oxu »
Sənin qara günün
Ağartdı saçlarımı,
Göy əskiyə bükdü günümü,
Saraltdı gözlərimin kökünü,
İndi qırmızı-qırmızı yaşayıram
Bomboz ömrü-
sənin qara gününün acığına… Davamını oxu »
(1971) 90-cı illərdə ədəbiyyata gəlmiş tanınmış rus şairidir. Əsərləri «Arion», «Novıy mir», «Drujba narodov», «İnterpoeziya» və başqa populyar jurnallarda çap olunub. «Puşkin Amerikada» pyesinə görə «İştirak edənlər-2005, poeziya üzrə «Triumf» mükafatlarını alıb.
«Palıd qozası» kitabından
* * *
Ortaboy, eynəkli, saqqallı kişi
yanımda, yad dildə dinməz sözləri
üyüdür balıqtək altında Ayın,
yatmıram, yatmırsan, gic gedir başım -
doğurdan məndə bir iş var deməli,
budaqda quş idim, bayquşam indi; Davamını oxu »
(Elxan Zalın «Yaquar yerişli vaxt» kitabı üçün son söz yerinə yazılmış bir yazı)
Elxanın da formalaşdığı ötən əsrin 90-cı illərindən bu yanakı çağdaş poeziyamızda Əlismid Kür şeirimizə gətirdiyi əsəbilik , Adil Mirseyid hüzn və melanxoliya, Kəramət mühacirət stixiyası , Əjdər Ol yüksək vətəndaşlıq plakatları, Həmid Herisçi metaforik vizuallıq, Murad Köhnəqala arxaik metafizika, Salam ironiya, Rasim Qaraca eksperimentalizm, Azad Yaşar konseptualizm, Qulu Agsəs xəlqi modernizmi ilə yadda qalacaq. Əlbbəttə, sadalan keyfiyyətlər həmin yazarların yalnız bir keyfiyyətini ifadə edir, üstəgəl bu siyahını mövcud şairlərin sayı qədər böyütmək daha dolğun və ədalətli görünə bilər. Amma mən elə əlamətləri sadaladım ki,onların hamısına Elxan Zalın şeirlərində rast gəlinir. Davamını oxu »
Bu yazı 18 dəfə oxunub
40 rəqəmi mifik düşüncədə sirr qapısıdır. 40-cı qapının o üzündə nəyin olduğunu bilmək marağı həmişə diridir.
Səlim Babullaoğlunun fotoqraf İlyas Göçmənin 40 şəklinə yazdığı 40 şeirinin qapısını döydüm. Öncə şəkillərin “buyurun” dediyini eşitdim. Və demək yerinə düşər ki, bu forma, yəni şeirlə-şəklin sintezi çağdaş ədəbi məkanımızda yeni hadisədir.
Səlimin şeirlərində zaman, vaxt, insan ömrünün müxtəlif məqamları fəlsəfi kodlar halındadır. Bu şeirlər böyük poetik enerci daşıyıcısıdır. İndiki ədəbi mühitdə Səlimin poeziyası öz legitimliyi ilə seçilir. Davamını oxu »
Guya ki, göy üzü yaşıl-yaşıl olacaqdı
guya ki, dağlar dənizlərə qovulacaqdı
dağlar boğulacaqdı
boğulacaqdı
Dedim axı
inanmayın
içinizdə gömün
bütün inamsız, imansız hər şeyi Davamını oxu »
Həyatdan mən vəfa gözlədiyim an
Birdən bu həyatın cəfasın çəkdim
Ürəkdən sevinmək istəyən zaman
Özüm ürəyimə kədər qəm tökdüm
Bahar gələn zaman qəlbimi külək
Dağıdıb viranə qoydu payız tək
Yandırdı qəlbimi od tutdu ürək
Baharda payızın havasın çəkdim Davamını oxu »
Şövq ilə vəsf eləyəndə ananın varlığını,
Qələm aciz qalır, insan itirir qüdrətini.
Şairin kəlmələrində elə bir qüdrət yox,
Ki, çəkə nəzmə ana varlığının hikmətini.
Ana kimdir? Ürəyim, ruhi-tənim, ilk eşqim,
Ana kimdir? Bir ömr canımı qurban dediyim.
Ana kimdir? Bu fəna mülkdə ən istədiyim,
Ana kimdir? Ona hər kəlmə başı can dediyim. Davamını oxu »
Axşam çağı otaqda
Üç bacı toxumaqda.
Böyük bacı birdən-birə
Dedi: “Şaha getsəm ərə,
Bütün məsihi ümmət1
Görər məndən ziyafət”.
“Əgər şah arvadı olsam, -
İkinci qız etdi davam, -
Mən bütün insanlara
Toxuyaram zər-xara”.
Üçüncü qız dedi çox şad:
“Əgər şaha olsam arvad,
Doğaram ona oğlan,
Şücaətli pəhləvan”. Davamını oxu »
Gürcüstanin “Mədəni əlaqələr mərkəzi Qafqaz Evi”nin dərgisi olan ”Ölkənin çoxşaxəliyi” adlı ədəbi dərgidə şair Səlim Babullaoğlunun gürcü dilinə tərcümə olunmuş “Avqust” adlı şeiri ( tərcümə Şota İataşvilinindir) və türk fotoqrafı İlyas Göçmenin fotolarına həsr olunmuş bir neçə şeiri (tərcümə Oktay Kazumovundur) dərc olunmuşdur. Dərginin həmin nömrəsində Davamını oxu »
“dünya dəyişir və dəyişəcək”
Beko
“I LOVE YOU”, “Я ТЕБЯ ЛЮБЛЮ”, “MƏN SƏNİ SEVİRƏM” və.s. ondan ayrılandan sonra bütün gün ərzində yalnız bu üç cümləni tez-tez, dəli adamlar kimi təkrar edirdi. O, bu sözləri təkrar-təkrar deyəndə gözlərini həmişə bir nöqtəyə zilləyib heyrətlə baxırdı. Yalnız, bir nöqtəyə. Onun yaşıl gözləri həmin nöqtənin üstündə elə dik-dik dayanmışdı ki, az qalırdı divarı deşib, o birisi tərəfinə keçsin.
Yox… sevirdi… özü də özünə tez-tez belə bir sual verərdi ki, görən, onun bu sevgisi necə qarşılanacaq?.. Davamını oxu »
Bizimlə bir gündə doğulan canlılar
bu gün həyatda yoxdular
Çoxdan ölüb yaşıdımız köpəklər,
tay-tuşumuz atlar…həşaratlar
Biz
Hələ də ayaqqabılarımızın təzəliyiylə
gizləmək istəyirik
ayaqlarımızın köhnəliyini
Özünüzü yormayın , Doktor
Onsuz da
Biz qan sözündə gizlənmiş qırmızılıqdan qorxuruq Davamını oxu »
(Əsəd Nəsirlinin II Qismətə verdiyi müsahibə)
Qismət -Qardaş, deyirəm neçə vaxtdır ədəbi camiyanı sən sorğu-suala çəkirsən, indi istəyirəm mən səni “imtahana” çəkim, nə deyirsən?
Əsəd -Nə deyim, çəkirsən çək də. Şair olan həm də yeyir…
Qismət -Hə, Əsəd, necə düşünürsən doğurdanmı artıq heca vəzninin məzarı üstündə yasini sərbəst vəzndə oxumalıyıq?
Əsəd -Qismət, təzə ev tikmək üçün köhnə evi sökmək lazımdır (Ama bir şərtlə ki, nə tikəcəyini, necə tikəcəyini əvvəlcədən bilməlisən). Əgər biz indi heca şeirlərimizdən imtina ediriksə bu nəyin göstəricisidi? Bir gün doğulan bir gün də ölməlidir. Davamını oxu »
-Həkim deyir ki, uşağın olmaması sənnəndir, əgər ərimdən olsaydı, heç düşünmədən, çoxdan onnan ayrılmışdım.
Qadın bu sözləri oğlanın evində, yataqda uzandıqları vaxt söyləmişdi. Bir az susduqdan sonra qadın sözünə davam etdi:
-O deyir uşağımızın olmaması vacib deyil, mən buna görə səni atmaram. Çünki mən səni sevirəm.
-Deməli, ərin sənin yolunda fədakarlıq edir, sənsə buna laqeyd yanaşırsan? – oğlan təəccüblə soruşdu. Düşünmürsənmi, bir gün bu laqeyidlikdən sənin də qarşına çıxa bilər? Davamını oxu »
Sən mənim ən yaxın dostumsan,
ən əziz sirdaşım.
Qarşında oturanda
susmağı bacarmıram.
Elə hey boşaldıram ürəyimi.
Dilin yox, ağzın yoz,
susub baxırsan üzümə.
Qələmin yox, kağızın yox,
nə dediklərimi yazırsan, nə də yozursan.
Hərdən mənim olduğuna görə
sənə yazığım gəlir. Davamını oxu »
Demək oları ki, ömürlərində birinci dəfə idi ki, xarici ölkəyə gedirdilər, ya da qatara minirdilər. 23-24 yaşları olsada hərəkətləri yaşlarına uyğun deyildi.
Onlar üçün ayrılmış kupedə çılğın uşaqlar kimi atılıb-düşür, eyvandan kimi gördülər əl edirdilər. Qatar hələ yola çıxmamışdı. Kupenin qapısı açıldı.
- Hə, bütün qeydiyatları tamaladım. Hazırsız? Baxın, yol boyuda yaşınıza uyğun olmayan hərəkət etsəz…
Yaşı təxminən 28 olardı. O, bu yolların ustası, peşəkarı sayılırdı, kimi aparmaq, kimi gətirmək lazım olsa, ilk öncə yada o, düşərdi. Bəzən saxta sənədlərlə də yolçuluq edər və bunu heç cürə biruzə verməzdi. Davamını oxu »
Bu yaxınlarda tanınmış yazıçı, dramaturq, ssenarist İlqar Fəhminin “Yurd” nəşriyyatında “Akvarium” adlı teatral və “Qarğa yuvası” adlı tarixi detektıv romanı işıq üzü görüb. “Sənli sözüm gəldi sənə”, “Ölüm gözəldi, yoxsa sən”, adlı şeir toplularından və “Aktrisa”, “Bakı tarixindən kollaj” nəsr kitablarından sonra sayca beşinci kitabı olan “Akvarium” romanınıda arzu və istəyinə yetişən, lakin daxilindəki mənəvi boşluğu doldura bilməyən bir insanın həyatının gedişatı təsvir olunur. “Akvarium” zahirən istədiyi hər şeyə sahib olan, lakin içərisindəki tənhalığı ovuda bilməyən Sahib adlı insanın öz akvariumunda tədricən boğulma dastanı kimi qələm alınıb. Davamını oxu »
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi şair Qəşəm Nəcəfzadənin Türkiyənin “Bengü” yayım evində “Savaş, ayaqqabı, ölüm” adlı şeirlər kitabı gözəl bir tərtibatla cap olunub. Topluya şairin son illərdə yazdığı şeirlər daxil edilib. Türkiyə ədəbi mətbuatında, xüsusən “Kardeş Kalemler” dərgisində şairin şeirlərinin son vaxtlar müntəzəm dərci yeni şeirlər kitabının ortaya qoymaq zərurətini yaratdı. Kitabın redaktoru və Türkiyə türkçəsinə çevirəni tanınmış alim, tərcüməçi və pedoqoq Fəti Gədiklidir. Davamını oxu »
Öldüm bütün ölümlərlə mən indiyə qədər,
Yenidən istərəm ölmək bütün ölümləri,
Ağacın ölümünü ölmək taxta-taxta,
Daş –daş dağın ölümünü,
Torpaq ölümünü qumun.
Çırtdayan yaz otlarının ölümünü yarpaq-yarpaq
Və qanlı və zavallı ölümünü insanoğlunun.
Yenidən doğulmaq istərəm bir çiçək biçimində,
Yenidən ağac olmaq, ot olmaq,
Balıq ,quş və kəpənək olmaq. Davamını oxu »
Yenə həmin döngə
Yenə uşaqlıq.
Qəm pəncərəm, köhnə eyvanımız
Qulağımda səslənir küləyin səsi
Xatırladır mənə uşaqlığımı
Xatırladır Cabbarlı küçəsi.
Qərib döngələr
Yenə həmin küçə.
Ax, o köhnə evimiz
Necə-necə,
Neçə-neçə
İşıqlı otaqlarımız. Davamını oxu »
Bilirsənmi sən haqlıydın əslində
hər şey vədəsində bitməliydi, vədəsində,
qonşu qızına sevdiyi əsgərin
asfalt üzərində yazdığı “ məni gözlə” sözlərini yağış yuduğu an.
və qızın nəfəsi ilə tərləmiş, “ölənədək gözləyəcəm”
yazılmış pəncərə şüşəsini qəfil əsən küləyin sındırdığı zaman.
donmalıydı zaman,
donmalıydı məkan,
insan… Davamını oxu »
Bilirsən, bir səhər gördüyün yuxunun xoş ovqatıyla oyanıb sevincini bölüşmək istəyəndə nələrinsə düz olmadığını görüb çaşacaqsan. Düzdü ərinin vaxtından əvvəl getməsi, evdəki baş çatladan tütün qoxusu, siqaret kötükləri ilə dolu külqabı sənə çox şey deyəcək, amma deməyəcək ki, yuxuda adımı sayıqlayıb çox xöşbəxt görünmüsən. Deməyəcək ki, ərin neçənci dəfə eşitdiyi bu adın təsadüf olmadığını anlayıb o adamın kim olduğunu aydınlaşdırmaq üçün səhərəcən baş sındırıb, indi də küçələrdə var-gəl eləyib dostlarda, qohumlarda, qonşuda o adda kim varsa hamısını məhkəməyə çəkir.
Sonra axşam təpiklə döyülən qapıya qaçıb güclə ayaq üstə duran ərinin qan daman gözlərinə baxıb, «hardaydın narahat olmuşdum səhərdən su içib çörək kəsməmişəm» deyəcəksən. Davamını oxu »
Dəyərli dostlar mən məqalə yazmağa o qədər alışqan deyiləm, amma hərdən bəzi mövzulara fikrimi bildirmək üçün məqalə janrını seçirəm mən bilən bu üsuldan ideal üsül yoxdur.Başlayaq mövzuya bu dəfəki mövzu vətənpərvərlikdir.Gündəlik həyatımızda hamı hər tərəfdə vətənpərvərlikdən danışır: televizorda, radioda, çayxanada, evdə və s. Amma bir dəfə sual vermişikmi vətənpərvərlik anlayışı nədir? Deyəcəksiniz ki necə bəyəm vətəni sevmək. Doğru cavabdır, amma nəyə görə sevməliyəm sualını vermisinizmi? Nəyimə lazımdı bu vətən, niyə axı mən o haqda düşünməliyəm ondansa ailə, iş, əyləncə haqda düşünərəmdə niyə lazımdır axı. İnandırım ki ürəyinizin dərinliyində belədə düşünürsüz. Nə işiməki qonşu acından ölür, Qarabağ hadisələri (qarabağlı deyiləm nə vecimə), kimsə işsizdir, xaricdən idarə olunan qüvvələr Azərbaycanı parçalamaq istəyir. Mən yaxşıyam bəsdir, başqaları vecimə deyil! Bəzən belə münasibət yəni pofiqist Davamını oxu »
Yar alar aşiqin fikri xəyalιn,
Sevəndən xəbər al aşiqin halιn,
Görmək üçün yarιn hüsnü camalιn,
Gecədən sübhədək bax ulduzlara.
Qəlbim uçur zülfün hörməsi üçün,
Qarə kipriyində sürməsi üçün,
Yarιnιn da səni görməsi üçün,
Sən də ulduz olub ax ulduzlara. Davamını oxu »
Sənin üçün çox darıxdım.
Qonşu uşaqlarının həyətə düşəcəyi vaxtı gözləməni,
Həyətdə etdiyin dəcəlliklərini,
Özündən böyük oğlanı daşla vurub qaçmanı,
Evə gələn şikayətlərini,töhmətlərini.
Səni bir dəfə də görmək istərdim…
Heç danışmadan…
Qaranlıqdan qorxduğun anlarda
Tez ananın boynuna sarıldığın anları,
Onun sənə layla deyərək
Səni yatızdırmanı görmək istərdim. Davamını oxu »
(1950- ABŞ)
Rebekka Qoldşteyn, bir fəlsəfəçinin baxış bucağı ilə və əyləncəli bir üslubda yazır həmişə yazılarını. Əsasən Birbohm və Milan Kunderaya oxşadılan Qoldşteyn Nyu – Yorkda doğulub. Prinston Universitetində fəlsəfədən doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru adını alıb. Kolumbiya Universitetində, fəlsəfə və yaradıcı aura, Barnard və Ratgers Universitetlərində isə yaradıcı ədəbiyyat dərslərindən mühazirələr oxuyub. Aralarında Beynəlxalq Yəhudi Kitab Mükafatı və Mak Artur Vəqfi Dahilər təqaüdü mükafatlarının da olduğu bir sıra mükafatlara layiq görülüb. Qoldşteynin kitabları arasında «Ağıl - bədən problemləri»(1983), «Ağıllı qadının yay sonundakı vurğunluğu» (1989), «Qaranlıq bacı» (1991) və «Mazel»(1995) kitabları xüsusi ilə diqqətəlayiqdir. Davamını oxu »
Hamlet Kazımoğlunun xatirəsinə
I
törən keçirdik səni qutsadıq səhər açılanda od qırağında
yeddi evə pay çıxıb
müqəddəs ataların günahçıxarmasına bənzəmirdi bu
yadına sal
ağ çadırımızın üstünə qurd kəlləsi sancılmışdı
ala gözlərinlə ətrafı maraqla süzürdün
bədəl elədik
bilgə anaya aparıb gətirdik yeddi il sərasər səni
yadına sal Davamını oxu »
O günlərdə İpək Film üçün ssenarilər yazırdım.
Ihsan İpekçi bir gün dedi ki, “Bir İstiqlal Savaşı filmi çəksəydik, kоstyumla – zadla… ” Fikir о saat məni özünə cəlb elədim, həm də о əsnada yaxın tariximizə qarşı yaman maraq оyanmışdı məndə, əlimə nə keçsə о tarixlə bağlı, оxuyurdum. Bu qədər mütaliədən sоnra ciddi bir Kuvayi – Milliyyə ssenarisi yazmaqdan asan nə var idi ki? Əvvəlcə adını tapdım: «Barıt çörəyi». Sоnra da qəhrəmanlarını fikirdləşməyə başladım: Fələstin cəbhəsində döyüşən, sülh müqaviləsindən sоnra Istanbula qayıdan Yüzbaşı Fərid bəy və iki gözü kоr Əbdülhəmidin paşalarından birinin övladlığa götürdüyü Rüxsar xanım! Səhv eləmirəmsə artıq strukturu müəyyənləşdirib əsl ssneraiyə keçmək istəyirdim ki, iş alınmadı. Davamını oxu »
İŞĞALÇI
Dolubsan gecələrimə.
Elə bil
gündüzlərimdə olmağın
bəsin deyilmiş?
SƏNSİZLİYİN RƏNGİ
Eynək taxmaq
istyəirəm,
hər tərəf
sənsizlik rəngindədi. Davamını oxu »
Allah dedi: “İnsanların ucbatından torpağı bir daha lənətləməyəcəyəm.
Çünki, insanın ürəyinin niyyəti gəncliyindən pislikdir”
İncil “varlıq” 8:18-22, 9:1-17
-Sən nə həyasız adamsan. Əclaf! Tez ol, qaytar mənim həyatımı… Sənin kimilərin hər şeyinə tüpürmək lazımdır… Hər şeyinə tüpürmək- qadın ağlayırdı. Uzun dırnaqlı barmaqlarını gözlərinin üzərində gəzdirir, oradan çıxan yaşları ovucuna yığırmış kimi silirdi. Kişi heç nə demədən qapını açıb çölə çıxdı. Qapının cırıltısı bu balaca otağın səsizliyini pozdu…
-Hə, düz edirsən. Artıq çox gecdir. O, sabah gələndə deyərsən ki, razıdır… - qadın ərinə eşitdirmək məqsədi ilə üzünü qapıya tərəf çevirib bütün varlığı ilə qışqırırdı. - deyərsən ki, hər şey onun istədiyi kimi olacaq.-sonra yenidən arxasını qapıya çevirib ağlamağına davam etdi. Davamını oxu »
Havaların soyuq keçməsi
Kasıb əyalətlərə
Fəlakət gətirməyəcək,
Uşaqlar yenə də oxuyacaqlar
Öz nəğmələrini…
Hava hələ işıqlanmamış
əlini göyə uzadıb ibadət edən adamlar
bu cür yalvara-yalvara
Allahdan nə istəyər???
Qəribədir… Davamını oxu »