Reklam verin!
Yuma Ailə Jurnalı

Çay qırağında

Sona Sulduzlu
 
Imminin zamanında, xalq nə qədər təməddündən uzaq yaşasaydı da, içlərində insanlar tapılardı ki, camaatdan başqa cürə (sərbəst) yaşasınlar. Belə insanların olması Immini sevindirərdi. Bu insanlardan ikisi Qulam ilə Məryəm idi. Qulam əkinçilikdən başqa ovçuluğa da məşqul idi. O, sinninə görə şəsli-şəhamətli bir qoca idi. Xalqın dediyinə görə o iki rəkət namazdan başqa hər zadı bilərmiş. Misal üçün bir adam damın üstündən keçəndə, bilərmiş o qadındır ya kişi, qızdır ya gəlin. O, bilirdi xalq onun dalıycan nələr deyir, ancaq o, kimsəyə məhəl qoymayıb, öz yolunu gedərdi.
Günlərin bir günündə, Azan verən, Qulama namaz qılmıyanın cəzası nə olduğunu demişdi. Qulam gülə-gülə onun cavabında demişdi:
"Mən Allahımla öz dilimdə danışaram, istəsən deyim eşit! Mən ərəb dilini başa düşmərəm. Bəyə qarıxdım yalvarmaq yerinə söyüş verdim. Sizdən nə gizlin, siz mənim ağzımın pərtovluğunu bilirsinizki! "

Davamı...

Baxış sayı: 54
Açar sözlər: ədəbiyat 
Bookmark and Share

ALPER TUNGA DASTANI

"Bu günki Türkcəmizlə: "Al/götür Ər Tunga, Türk Bəyləri içində adı və müqəddəsliyi bilinən və tanınan bir igid idi; geniş məlumatının yanında sayıla bilməyəcək qədər çox fəziləti vardı; məlumatlı idi; anlayışlı idi, üstünlükləri çox idi." Alp Ər Tunga Dastanı haqqındakı məlumatların ən əhəmiyyətli qaynağı Divan-ı Lüğət-ı Türk' növ. Miladdan sonra on birinci əsrdə Kaşğarlı Mahmud tərəfindən yazılan bu əsərdə, Dastanın, böyük bir ehtimalla son qisimlərinə aid bir ağı (sagu) yazılı olaraq verilmekredir.

Davamı...

Baxış sayı: 45
Açar sözlər:
Bookmark and Share

Manqurt

Çingiz Aytmatov
( "Gün var əsrə bərabər "romanından parça )
Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. Əvvəl-başdan rəvayət onunla başlanırdı ki, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən əsgərləri ilə çox amansız rəftar eləyirmişlər. Imkanları olanda əsiri qonşu ölkələrə qul satarmışlar, bu da əsir üçün xoşbəxtlik hesab olunurmuş, çünki ümid yeri qalırdı, kim bilir, bəlkə elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı... Juanjuanların özləri üçün qul saxladıqları əsirləri isə dəhşətli tale gözləyirdi. Onlar öz qurbanlarının başına zif keçirib dözülməz işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişlər. Bu işi adətən, davada əsir alınmış cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını qırxırmışlar, tükləri bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb qurtaranacan Juanjuanların təcrübəli qəssabları lap yaxında qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda, əvvəlcə onun ən ağır və möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqə də hissələrə bölüb, buğlana-buğlana başı qırxılmış əsirlərin başına keçirərmişlər, dərinin çəkilplainməyi ilə saqqız zifi kimi yapışmağı bir olurmuş–bir növ indiki üzgüçülük papaqları kimi. Başına belə iş gətirilən adam ya ağır işgəngələrə dözməyib ölür, ya da ömür-billah yaddaşını itirib manqurt olurmuş–yə’ni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş. Bir dəvənin boyun dərisi beş-altı zifə bəs eləyirmiş. Zif salınandan sonra məhkumun boynuna taxta kündə keçirirmişlər ki, başını yerə çatdıra bilməsin. Onların tükürpədici nalələri boş yerə narahatçılıq verməsin deyə yazıqları bu vəziyyətdə uzaq yerə aparıb, əl-ayaqları bağlı, ac-susuz atarmışlar qızmar günün altına. Işgəncə bir neçə gün sürürmüş. Müəyyən yerlərdə də güclü gözətçi dəstələri qoyarmışlar ki, hələ sağkən qohumlarından, əqrəbalarından gəlib onları xilas etmək fikrinə düşsələr, qoymasınlar. Ancaq belə hallar çox nadir olurmuş, çünki açıq düzənlikdə hər cür hərəkət uzaqdan görünür. Sonralar bir nəfərin manqurt olunmağı xəbəri gəlib qəbiləyə çatanda, onun ən yaxın qohmları belə onu xilas eləmək, ya satın alıb qurtarmaq istəmirmişlər, çünki bu, aplaindamın özünü yox, müqəvvasını qaytarmaq demək idi. Rəvayətdə Nayman-Ana kimi tanınan bircə nayman qadını öz oğlunun bu bədbəxtliyi ilə barışa bilməyib. Sarı-özək əfsanəsində də elə bu barədə danışırlar. Qəbiristanlığın adı da bununla əlaqədardır–Ana-Beyit, yə’ni Ana məskəni .

Davamı...

Baxış sayı: 47
Açar sözlər:
Bookmark and Share

BU DASTANI

Dastana qəhrəman olaraq adını verən Bu, təxminlərə görə M. Ö dördüncü əsrdə yaşamışdır. Bir Türk Xaqanınıdır. Dastanda Makedoniyalı İskəndər' en, İran üzərindən Asiya' ya doğru gedişi əsnasında zəbt döyüşləri və bu döyüşlərin Türklərlə əlaqədar hissəs(n)i izah edilməkdədir. Türk boylarının təşəkkülü, Türklərin şəhər həyatı yaşamağa başlamaları, eyni zamanda millətini keçici bir zəbtdən mümkün olduğu qədər can və mal itkisinə uğratmadan qurtarmaq üçün düşünən bir xaqanın qayğıları da izah edilən dastanın ən böyük xüsusiyyəti, daha sonrakı Türk dastanlarında inkişaf edəcək olan ana xətt və motivləri işləməsidir.

Davamı...

Baxış sayı: 46
Açar sözlər:
Bookmark and Share

"Nə qız oldu nə gəlin, Yandı odlara buda"()

Payızın axırları idi. Səhərlər gün çıxmadan hava yaman soyuq olurdu. Bu gün yer qırov bağlamışdı. Immi tezdən qalxıb gündəlik işlərini görməyə başlamışdı. O, tövlədə mallara baxıb, inəkləri sağdı. Immi inəklərinə ad qoymuşdu. O, inəkləri sağanda onlara danışardı. Bu gün də o, onlara qışın yaxınlaşmasından danışırdı. Onlara uşaqların ayaqqabılarından, qış paltarlarından deyirdi. O, Sarıbaş adlı inəyə deyirdi: "Sarıbaş, sevin danalara ayaqqabı lazım deyil, yoxsa sən də mənim kimi qəmə qalacaqdın… "
Immi əlində inəksağan dolçası tövlədən çıxdı. "Ay havar!" deyə bir bağırma səsi eşitdi. Dayandı. Qulaq asdı. Səs Tərlan bacının səsinə oxşayırdı. Immi dolçanı mətbəxə buraxıb küçəyə çıxdı. O, düz eşitmişdi. Bağıran Tərlan bacı idi. " Aha! Deyəsən Mir Novruz öldü." Düşünərək o, Tərlanın həyətinə girdi.
Mir Novruz cansız bir qoca idi. O, cavanlıqda əkin əksə də, indi neçə ildən bəri seyidmalı ilə yaşayırdı. Immi həyətə gircək çaşdı. Mir Novruz Tərlanla birlikdə ağlaşırdı. Immi birindən soruşdu. Ay balam, nə olub? Xalq nədən ağlaşır? Bir qadın cavab verdi: -Pərvanə ölmüş. Imminin gözləri yekəldi. Immi Kim deyir, deyə soruşdu. Qadın gözləri ilə mətbəxi göstərdi. Immi mətbəxə girdi. Pərvanə ağaç kimi qurumuş, gözləri kəlləsinə çıxmışdı. Ağzının qırağından qan axıb, quruyub qalmışdı, rəngi qap-qara olmuşdu. Imminin gözləri qaraldı. Dünya başına fırlandı. Ayaqları sustaldı. O, astanadan içəriyə-eşiyə çıxa bilmədi. Istədi çığırsın, ancaq səsi çıxmadı. Durduğu yerdə quruyub qaldı. Bu an Kübra xala yetişib, onu eşiyə çəkdi.

Baxış sayı: 77
Açar sözlər:
Bookmark and Share

  Yazılar cəmi: 11   Sonrakı səhifə »

Blog Haqqında

urmuli

Bağışlayan və mehriban allahın adi ilə
ÜMİD,1985-cı ilin Avqust Ayının 12-ci gundə,urmu
şəhərində doğulmuşam. Inde urmu da kompüter tələbəsiyəm.
Bu da E-mailim:urmuli@ymail.com

Axtarış

Açar sözlər

internet  web2.0  google  fashion  twitter  blog  2008  friendfeed  beijing  qadin  olympic  sağlamlıq  games  olimpiya  şou-biznes  sosial  facebook  woman  oyunları  reader  e-mail  feed  ədəbiyat  mobil  youtube  islam  telefon  g-mail  məgalə  madonna  hilton  cennifer  apple  scarlett  analiz  musiqi  jurnal  paris  şou  nokıa  chin  xarıcı  kotorda  yahoo  plurk  pamela  şəkilləri  pagerank  macintosh  planet  böyük  lohan  chat  həq  tədqiq  livingsocial  pammie  india  firefox  rss  anjelina  pəhriz  adam  ziya  mədəni  pic  pul  neftçi  mod  xəbər  talk  ajay  frinfeed  microsoft  prptokol  tamaşa  johansson  moopz  meebome  gymnastics  video  film  cəmiyyət  dəbi  olempic  chrome  webmaster  xml  coli  pişəvəri  twitdir  məşhur  ankara  nümayiş  batman  qazanmaq  mirzə  uefa  nümayişi  china  yemək  blogçu  sahibi  reklam  yer  aniston  tərcümə  bakı  gözləyirik  roma  jewel  bloginig  doğulması  voleybolu  onikisi  istifadəçi  söz  terror  tamaşasının  kasıb  chictopia  azərbaycan  insan  britny  baywatch  brauzer  birdpost  lopez  noutbuk  life  məmmədova  səhnəsi  biznes  azəriblog  imkan  gözəllər  uşağ  marries  mikro  andersonun  korpə  şəhrivərin  kosmos  turkish  nyu-york  lindsey  twiddict  güney  chinese  uşaq  spears  lifçiksiz  hindistan  extension  quş  şəhvət  hormon  şəkil  qarşı  new  mysocial247 

Sayqaç

İndi blogda: 20
Keçən ayın hiti: 18122
Dünənki hit: 747
Bugünki hit: 289
Ümumi hit: 68378

AddThis Feed Button
Add to Technorati Favorites
My BlogCatalog BlogRank Subscribe to me on FriendFeed

Google Oxucusuna və ya Başlanğıc səhifəyə əlavə

Personal Blogs - BlogCatalog Blog Directory abunə ol

TopLinkBox (.*) a target="_blank" href="http://www.toplinkbox.com" title="Free 100% SEO friendly link exchange directory">