Reklam verin!

SEYİD CƏFƏR PİŞƏVƏRİ

Azərbaycan Demokrat Firqəsinin nəşri
Bakı 2005
Tərtib edən: Yədulla Kənani (Nəminli)
Komputer: Jalə Nadir qızı

Azərbaycan Milli Hökumətinin yaranmasında Mürsəl
Hatəmzadə bir fədai başçısı kimi iştirak etmişdir. O, mühacirət
illərində tibb sahəsində alimlik dərəcəsinə qədər yüksəlmişdir.
Mərhumun oğlu Elşən Hatəmzadə atasının 80 illiyi ilə
əlaqədar bu kitabın nəşrinə yardım etmişdir.
Tərtibatçıdan:
Oxucuya təqdim olunan bu dəyərli əsər Seyid Cəfər Pişəvərinin
Azərbaycan Respublikasının siyasi partiya və ictimai
təşkilatlar arxivində saxlanılan əlyazmasından köçürülmüşdür.
Seyid Cəfər Pişəvərinin bu zəngin əsərində tamamilə onun
yazı forması qorunmuş, yalnız bəzi sözlərin mənası müasir
Azərbaycan dilinə uyğun və habelə aydın olmayan sözlərin yerinə
mötərizə içində izah edilmişdir.
S.C.Pişəvəri öz xatirəsində Milli Hökumətdən qabaqki
dövrü yəni ikinci dünya müharibəsi və müttəfiqlərin İrana daxil
olmasını və həmçinin Milli Hökumət quruluşunu bütün təfərrüfatilə
açıqlamışdır. O, bu əsərdə fədai başçıları Məcid Məhəmmədivənd,
Aram Zadəgan, Məmiqulu Sadiqi və Mir Əbülfəzl
Haşiminin fədai dəstələrinin fəaliyyəti haqqında yazdıqları
xatirələri əks etmişdir.
Azərbaycan Demokrat Firqəsi rəhbərliyinin göstərişinə
əsasən Azərbaycanın görkəmli şairi Haşım Tərlanın“21 Azər-
Pişəvəri” poeması və “Firqə” adlı şerləri bu qimətli əsərin
sonuna əlavə edilmişdir.
Qeyd etməliyik ki, bu əsər Azərbaycan xalqının gələcək
milli azadlıq mübarizəsində təcrübə cəhətdən son dərəcə önəmli
və zəngin bir əsərdir. Azərbaycan xalqının bütün mübariz
oğul və qızlarına bu əsəri oxumağı tövsiyə edirik.
Yədulla Kənani (Nəminli)

Ön söz
Oxucuya təqdim olunan bu əsərdə S.C.Pişəvərinin 1320-
1325 (1941-1946)-ci illər arasında Azərbaycanda baş verən
hadisələrlə əlaqədar xatirə və mülahizələri bütün incəlikləri
ilə öz əksini tapmışdır.
Müttəfiqlərin İrana daxil olması ilə diktatorluq rejiminin
dağılması ölkədə yeni vəziyyətin yaranmasına səbəb oldu.
Azərbaycanda xalq hərəkatı canlanmağa başladı. Müxtəlif
cəmiyyətlər və təşkilatlar yarandı. Bu geniş xalq hərəkatının
əleyhdarları da sakit oturmadılar. S.C Pişəvəri Azərbaycanda
başlanan azadlıq mübarizəsinin geniş miqyas almasından və
buna qarşı çıxan dövlət məmurların fitnə və törətdikləri cinayətlərdən
geniş söz açır. Eyni zamanda alman faşizminin avropada
irəliləməsinə göz tikən mürtəce qüvvələr əleyhinə Azərbaycanın
qabaqcıl şəxsiyyətləri və zəhmətkeş kutlələri onlara
qarşı mübarizəyə qalxaraq, antifaşist təşkilatı yaratdılar.
S.C.Pişəvəri Azərbaycanda yaranan digər təşkilatlara öz
xatirələrində geniş yer verir. Azərbaycan Zəhmətkeşlər Təşkilatının
yaranmasını geniş surətdə izah edir və bu sahədə daha
artıq fəaliyyət göstərən bir neçə nəfərin o cümlədən Israfil
Gadiri, Hüseyn Rizvan, Əhməd İslamidən ad aparır. Bu təşkilatın
təkcə Təbrizdə yox, Azərbaycanın başqa şəhərlərində şöbələrinin
də yaranması haqqda məlumat verir. Azərbaycan
Zəhmətkeşlər Təşkilatı əsasən aşağı təbəqəyə mənsub olduğundan
Tehrana az əhəmiyyət verirdi. Bu təşkilatın rəhbərləri
Azərbaycan dilinin yayılmasını və onun nə qədər əhəmiyyətə
malik olduğunu dərk edirdilər.
Azərbaycan zəhmətkeşlərinin xüsusilə fəhlə sinfinin mənafeini
müdafiə edən Həmkarlar Ittifaqı da fəaliyyətə başladı.
Həmkarlar ittifaqının yaradıcılarından olan Qulam Adəmpə__________ra
və Məşədi Qüdrət kəlkətəçi fabrikində fəhlələ həmkarlar ittifaqiyaratdılar.
Azərbaycan valisi Fəhimi yüksəlməkdə olan fəhlə
hərəkatına və azadlıq uğrunda aparılan mübarizəyə qarşı fitnələrə
əl atsa da xalq hərəkatının qarşısını almaq mümkün olmadı.
Xəlil Inqilab kimi avantüristlərdən istifadə edərək, yeni
Həmkarlar İttifaqının yaradılması da baş tutmadı. Baxmayaraq
ki, Xəlil Inqilab özünün avantürist hərəkətləri ilə polis və fəhlələr
arasında toqquşma yaranmasına zəmin hazırladı və nəhayət
məğlubiyyətə uğrayan Xəlil İnqilab Tehrana sürgün edildi.
Mötərizədə qeyd edək ki, Qulam Adəmpəra 21 Azər hərəkatının
fəal iştirakçılarından biri olmuş. O, ailə və qardaşı Surxay
ilə birlikdə 1946-ci ilin dekabrında Sovet Azərbaycanına
mühacirət etmiş, və Ağdam şəhərində məskunlaşmış, uzun
müddət ADF Ağdam şəhər komitəsinin sədri işləmişdir.
S.C Pişəvəri Azərbaycan Cəmiyyəti adı ilə fəaliyyət göstərən
təşkilata da öz münasibətini bildirib. Ilk dəfə Azərbaycan
və Fars dilində həmin cəmiyyətin orqanı olan “Azərbaycan”
qəzetinin nəşr edilməsinədə geniş yer vermişdir.
S.C.Pişəvərinin xatirəsində “Azadlıq Cəbhəsi” adlanan təşkilata
da geniş yer verilir. “Azadlıq Cəbhəsi” onun təşəbbüsü
ilə yaranmışdır. 40-dan artıq Tehranda və Təbrizdə çıxan qəzetlər
həmin cəbhə ətrafında birləşmişdir. “Azadlıq Cəbhəsində”
qəzet redaktorlarından başqa, tanınmış milli şəxsiyyətlər də
iştirak edirdilər.
S.C.Pişəvəri Hizbi-Tudeyi-İranın Azərbaycan təşkilatının
fəaliyyəti ilə əlaqədar öz düşüncə və mülahizələrini geniş
formada izah etmişdi. O, Hizbi-Tudənin nümayəndələrinin
Azərbaycan mühitinə uyğun gəlməyən radikal çıxışlarını mənfi
qiymətləndirir. Tehrandan Təbrizə gələn nümayəndələrin o
cümlədən Ardaşes Ovanesyanın hərəkətləri, xüsusilə Liqvan
hadisəsində Hacı Ehtişamın öldürülməsi, eyni zamanda bu
hadisədə Hizb üzvlərinin həlak olması, günün tələbatına zidd
olan sol radikal hərəkət adlandırır.
S.C.Pişəvəri 1944-cü ildə Təbriz əhalisinin böyük əksəriyyətinin
azad seçki yolu ilə inamını qazandı. 14-cü məclisə nümayəndə
seçildi. Lakin məclisin mürtəce nümayəndələri onun
etibarnaməsini ləğv etdilər. O, bununlada deputatlıq hüququndan
məhrum edildi. Beləliklə S.C.Pişəvəri Təbriz əhalisinin tanınmış
və inanılmış rəhbərlərindən biri idi.
S.C.Pişəvərinin 1945-ci ilin başlanqıcında Təbrizə gəlməsi
və Azərbaycanın görkəmli ziyalıları ilə görüş keçirməsi, onun
müasir Iran tarixində başladığı fəaliyyətin parlaq səhifələrini
təşkil edir.
Yuxarıda qeyd olunan o günkü ictimai-siyasi şəraiti və orada
olan bütün taşkilatların fəaliyyətini nəzərə aldıqda bir önəmli
məsələni oxucuların diqqətinə çatdırmaq istardik. Azərbaycanda
fəaliyyət göstərən bu təşkilatların heç birisi xalqın milli
azadlıq mübarizəsinə rəhbərlik etmək məqamına nail ola bilmədi.
Bunun səbəbi isə onların xalqı düzgün mübarizəyə səfərbər
edə bilməməsi idi. Məhz belə olan yerdə S.C.Pişəvəri
kimi bir təcrübəli mübariz şəxsiyyətin olması labüd və zəruridi
ki, bu təşkilatları düzgün şuarlarla bir firqə ətrafında toplayıb,
səfərbər etsin.
Belaliklə Azərbaycanda S.C.Pişəvərinin fəaliyyətinin yeni
dövrü başlandı. Müttəfiqlərin Irandan çıxması ərəfəsində mürtəce
qüvvələrin fəallaşmasına qarşı çıxaraq, yeni güclü və geniş
xalq kütləsinə arxalanan partiyanın yaranması zərurətini dərk
etdi, belə bir partiyanın əsasını qoydu. 12 Şəhrivər bəyannaməsi
həmin partiyanın yaranmasını bütün dünyaya elan etdi.
Bu bəyannamə təkcə Iranda deyil, bəlkə Qərb dünyasında da
həyəcan siqnalı oldu.
S.C.Pişəvərinin xatirələrinin böyük hissəsi bu dövrə, yəni
Şəhrivər 1324, Azər 1325-ci illərə (sentyabr 1945, dekabr
1946) təsadüf edir.
Oxucu S.C.Pişəvərinin xatirələrində bu illərdə Azə________F”rbaycanda
baş verən milli demokratik azadlıqların həyata keçirilməsi,
xalqın bu hərəkatı inamla müdafiə etməsi və bu yolda
çoxlu qurbanlar verməsi ilə tanış olacaqlar. Oxucuya səbir və
hövsələ ilə S.C.Pişəvərinin düşüncə və xatirələrində əks olunan
hadisələrin gedişini izləməyi, həmçinin belə bir əvəzsiz əsərdən
bu günkü və gələcək mübarizədə dərs ala biləcəyini arzu edirik.
Əmirəli Lahrudi

Baxış sayı: 79
Açar sözlər: pişəvəri 
Bookmark and Share

Şeyx Səfiəddin Ərdəbilinin

Yetişdirdiyi tarixi şəxsiyy ətlər v ə zəkalı q ələm, sö z, s ənət adamları il ə dünya şəhə rlə ri ilə
rəqabətdə adı birincilər sırasında çəkilən Ərd əbil ş əhəri v ə bu torpa ğın əzəli, əbə di
sakinləri olan Azərba ycan türklərinin bəşər mədəniyyə ti, ic timai fik ir tarixinə bəxş
etdiyi bənzərsiz, parlaq və təkrarolunma z şəxsiyyə tlərd ən biri də Şeyx Sə fiəddin
Ərdəbilidir. O, Şe yx S əfiəddin k i, adı ya xın və uzaq məml əkə tlə rd ə s əkkiz əsrə yaxındır

Davamı...

Baxış sayı: 78
Açar sözlər:
Bookmark and Share


  Yazılar cəmi: 2  

Blog Haqqında


urmuli

Bağışlayan və mehriban allahın adi ilə
ÜMİD,1985-cı ilin Avqust Ayının 12-ci gundə,urmu
şəhərində doğulmuşam. Inde urmu da kompüter tələbəsiyəm.
Bu da E-mailim:urmuli@ymail.com

Axtarış

Açar sözlər

internet  web2.0  google  fashion  twitter  blog  2008  friendfeed  beijing  qadin  olympic  sağlamlıq  games  olimpiya  şou-biznes  sosial  facebook  woman  oyunları  reader  e-mail  feed  ədəbiyat  mobil  youtube  islam  telefon  g-mail  məgalə  madonna  hilton  cennifer  apple  scarlett  analiz  musiqi  jurnal  paris  şou  nokıa  chin  xarıcı  kotorda  yahoo  plurk  pamela  şəkilləri  pagerank  macintosh  planet  böyük  lohan  chat  həq  tədqiq  livingsocial  pammie  india  firefox  rss  anjelina  pəhriz  adam  ziya  mədəni  pic  pul  neftçi  mod  xəbər  talk  ajay  frinfeed  microsoft  prptokol  tamaşa  johansson  moopz  meebome  gymnastics  video  film  cəmiyyət  dəbi  olempic  chrome  webmaster  xml  coli  pişəvəri  twitdir  məşhur  ankara  nümayiş  batman  qazanmaq  mirzə  uefa  nümayişi  china  yemək  blogçu  sahibi  reklam  yer  aniston  tərcümə  bakı  gözləyirik  roma  jewel  bloginig  doğulması  voleybolu  onikisi  istifadəçi  söz  terror  tamaşasının  kasıb  chictopia  azərbaycan  insan  britny  baywatch  brauzer  birdpost  lopez  noutbuk  life  məmmədova  səhnəsi  biznes  azəriblog  imkan  gözəllər  uşağ  marries  mikro  andersonun  korpə  şəhrivərin  kosmos  turkish  nyu-york  lindsey  twiddict  güney  chinese  uşaq  spears  lifçiksiz  hindistan  extension  quş  şəhvət  hormon  şəkil  qarşı  new  mysocial247 

Sayqaç

İndi blogda: 29
Keçən ayın hiti: 18122
Dünənki hit: 747
Bugünki hit: 301
Ümumi hit: 68390

AddThis Feed Button
Add to Technorati Favorites
My BlogCatalog BlogRank Subscribe to me on FriendFeed

Google Oxucusuna və ya Başlanğıc səhifəyə əlavə

Personal Blogs - BlogCatalog Blog Directory abunə ol

TopLinkBox (.*) a target="_blank" href="http://www.toplinkbox.com" title="Free 100% SEO friendly link exchange directory">