Çingiz Aytmatov
( "Gün var əsrə bərabər "romanından parça )
Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. Əvvəl-başdan rəvayət onunla başlanırdı ki, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən əsgərləri ilə çox amansız rəftar eləyirmişlər. Imkanları olanda əsiri qonşu ölkələrə qul satarmışlar, bu da əsir üçün xoşbəxtlik hesab olunurmuş, çünki ümid yeri qalırdı, kim bilir, bəlkə elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı... Juanjuanların özləri üçün qul saxladıqları əsirləri isə dəhşətli tale gözləyirdi. Onlar öz qurbanlarının başına zif keçirib dözülməz işgəncə verərək onun yaddaşını tamam yox eləyirmişlər. Bu işi adətən, davada əsir alınmış cavan döyüşçülərin başına gətirirmişlər. Əvvəlcə onların başını qırxırmışlar, tükləri bir-bir dibinəcən təmizləyirmişlər. Başı qırxıb qurtaranacan Juanjuanların təcrübəli qəssabları lap yaxında qart bir dəvə kəsərmiş. Dəvənin dərisini soyanda, əvvəlcə onun ən ağır və möhkəm olan boyun dərisindən başlayarmışlar. O dəqiqə də hissələrə bölüb, buğlana-buğlana başı qırxılmış əsirlərin başına keçirərmişlər, dərinin çəkilplainməyi ilə saqqız zifi kimi yapışmağı bir olurmuş–bir növ indiki üzgüçülük papaqları kimi. Başına belə iş gətirilən adam ya ağır işgəngələrə dözməyib ölür, ya da ömür-billah yaddaşını itirib manqurt olurmuş–yə’ni keçmişini xatırlaya bilməyən qula çevrilirmiş. Bir dəvənin boyun dərisi beş-altı zifə bəs eləyirmiş. Zif salınandan sonra məhkumun boynuna taxta kündə keçirirmişlər ki, başını yerə çatdıra bilməsin. Onların tükürpədici nalələri boş yerə narahatçılıq verməsin deyə yazıqları bu vəziyyətdə uzaq yerə aparıb, əl-ayaqları bağlı, ac-susuz atarmışlar qızmar günün altına. Işgəncə bir neçə gün sürürmüş. Müəyyən yerlərdə də güclü gözətçi dəstələri qoyarmışlar ki, hələ sağkən qohumlarından, əqrəbalarından gəlib onları xilas etmək fikrinə düşsələr, qoymasınlar. Ancaq belə hallar çox nadir olurmuş, çünki açıq düzənlikdə hər cür hərəkət uzaqdan görünür. Sonralar bir nəfərin manqurt olunmağı xəbəri gəlib qəbiləyə çatanda, onun ən yaxın qohmları belə onu xilas eləmək, ya satın alıb qurtarmaq istəmirmişlər, çünki bu, aplaindamın özünü yox, müqəvvasını qaytarmaq demək idi. Rəvayətdə Nayman-Ana kimi tanınan bircə nayman qadını öz oğlunun bu bədbəxtliyi ilə barışa bilməyib. Sarı-özək əfsanəsində də elə bu barədə danışırlar. Qəbiristanlığın adı da bununla əlaqədardır–Ana-Beyit, yə’ni Ana məskəni .
Manqurt
Türklərin ilk qurduqları imperatorluq Hun İmperatorluğudur
Türklər' en ilk qurduqları imperatorluq Hun İmperatorluğu' dayan. Türklər' en daha köhnədən də dövlətlər qurduqlarını bilirik amma Hun Dövləti çox geniş bir sahə üzərində başqa millətləri də idarəsi altına alan böyük bir dövlət olduğu üçün, ona imperatorluq adını veririk. Hun İmperatorluğu Hun Türkləri tərəfindən M. Ö 220 ilində quruldu. Hunlar bu günki Moğolistan bölgəsində quruldu. Hunlar bu günki Moğalistan bölgəsində, yəni Çin' en şimal-qərbində yaşayırdılar. Bu bölgədə hakimiyyət qurduqları və gənişləməyə başladıqları üçün Çinlilər onları böyük bir təhlükə sayırdılar. Həqiqətən Hunlar, əsgərlikdəki üstünlükləri sayəsində Çin ordularını davamlı təxribata uğradırdılar.
Alp Aslan
Üzərində yasadigimiz bu cənnət vətəni bizlərə armagan edən böyüklərimizdən biri də Sultan Alparslandır. Islamin bu bahadır övladı Malazgirtdə kalabalik Bizans ordusunu pərisənsə edərək Anadolunun qabısını Müsəlmanlara açmistir. Fəth ordusu da açılan bu qabılardan təkbirlərlə girmistir və hər qar/qazancısını qanlarıyla sulayaraq özlərinə yurd edinmislerdir... Səlcuqlu Dövlətinin ikinci böyük hökmdarı olaraq taxta keçən Sultan Alparslan 20 Yanvar/ocaq 1029da dogmustur. Kiçik yaslardan etibarən atası Çagri beyin yanında müharibələrə istirak etdi.
Cenk meydanlarında kiliç yelləyərək yetisti. Atasının sagliginda ikən mərd və mahir bir komandir olaraq danın idi. Şəxsən əmr ettigi orduyla birlikdə xeyli çox savaslara qatil idi və zəfərlər qazandı. Çagri Bəy, hələ sagliginda oglu Alparslanı Xorasansa taxtına vəliəhd təyin etmisti. Çagri Bəy 1060da vəfat edincə Alparslan Xorasansa qubernatoru oldu.
Danışıqlar bərpa edilir?

İndi diqqət mərkəzində olan hadisələrdən biri də Azərbaycan və Ermənistan prezidentlərinin bu günlərdə baş tutacaq görüşüdür. MDB-nin Sankt-Peterburqda keçiriləcək zirvə toplantısı çərçivəsində reallaşacaq bu görüş artıq indidən müzakirə olunmaqdadır.
Görüşlə bağlı fikirlər müxtəlifdir. Onu adi bir görüş hesab edənlər də var. Bəzi analitiklərin fikrincə bu, sadəcə tanışlıq xarakteri daşıyan bir tədbirdir. Üstəlik, bunun hətta ciddi bir yeniliklə müşayiət olunacağına şübhə edənlər də var. Məsələ bundadır, bəzi mülahizələrə görə Ermənistanda hakimiyyət faktiki olaraq dəyişməyib, yenə də köhnə siyasi komandanın yürütdüyü siyasət davam etdirilir, yeni siyasətin konturları görünmür.
Bu fikirlərdə müəyyən həqiqət var. Həqiqətən də Ermənistandakı proseslər ciddi tənqidə davam gətirmir. Yeni prezident Serj Sarkisyan Robert Koçaryanın silahdaşı və davamçısı hesab edilir, onları ümumi siyasi dünyagörüşü və tale birləşdirir. Amma hər halda mahiyyətcə olmasa da, formaca yeni komanda özünü siyasi gündəmə gətirib və onunla dialoq qaçılmazdır. Ermənistanın yeni hökuməti artıq danışıqların hansı məcrada keçiriləcəyinə işarə edib.
Yeni reallıqlar var və danışıqlar prosesində bu reallıqlar nəzərə alınmalıdır. Məsələn, BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul edib və sözsüz ki, bunun yeni danışıqlar prosesinə təsiri olmalıdır
Onlar Madrid prosesinin və bu prosesdə irəli sürülən təkliflərin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Amma Azərbaycanın mövqeyi fərqlidir. Ermənistandan fərqli olaraq Azərbaycan belə hesab edir ki, ortalıqda heç bir Madrid sənədi yoxdur, sadəcə bu prosesdə xarici işlər nazirlərinin müəyyən təklifləri olub. İndi isə yeni reallıqlar var və danışıqlar prosesində bu reallıqlar nəzərə alınmalıdır. Məsələn, BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni qətnamə qəbul edib və sözsüz ki, bunun yeni danışıqlar prosesinə təsiri olmalıdır.
Göründüyü kimi, artıq indidən tərəflərin mövqeyində fərqlər var. Bu fərqlər zaman keçdikcə arta da bilər, azala da. Bu, daha çox Ermənistandakı yeni hökumətinin reallıq hissinə nə qədər yaxın ola bilməsindən asılıdır. Bakıda buna müəyyən şübhə ilə yanaşırlar. Hətta Ermənistandakı yeni hökumətin mandatı belə şübhə yaradır. Ermənistanda seçki vaxtı yaranan siyasi ehtiraslar hələ səngiməyib, cəmiyyətdəki narazılıq aradan qalxmayıb, siyasi qüvvələr arasında razılıq əldə olunmayıb. Belə şəraitdə Ermənistanın yeni hakimiyyəti ilə danışıqlar aparmağın səmərəsiz olması haqqında da fikirlər səslənir. Amma bu, tamamilə Ermənistana aid məsələdir və görünür danışıqlar prosesində bu reallıqla barışmaq lazım gələcək. Hər halda Minsk Qrupunun həmsədrləri də prosesin inkişaf etməsində maraqlıdırlar. Hətta onların arasında optimist fikirlər söyləyərək 2008-ci ilin Qarabağ probleminin həllində dönüş ili olacağını deyənlər də var. Amma təbii ki, böyük əksəriyyət bu optimizmi bölüşmür. Məsələ kifayət qədər mürəkkəbdir və son illərdə hətta siyasi ritorikalarda ciddi dəyişiklik hiss olunmur. Üstəlik, atəşkəs rejimi də Ermənistan tərəfindən müntəzəm olaraq pozulur. Münasibətlərdə daha çox psixoloji gərginlik nəzərə çarpır. Azərbaycan zəruri olduğu halda diplomatiyadan kənar vasitələrdən istifadə edəcəyini istisna etmir. Maraqlıdır ki, belə çıxışlara Ermənistanın əvəzinə Rusiya rəsmiləri cavab verirlər. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli yoxdur. Görünür, Rusiya rəsmilərinin narahatlığı səbəbsiz deyil. Rusiya bununla bir daha Ermənistanın onun üçün Cənubi Qafqazda «forpost» olduğuna işarə edir. Əgər məsələnin hərbi yolla həlli mümkün deyilsə onun dinc üsullarla həlli olmalıdır. Amma Rusiya rəsmiləri bu haqda susur və hər şeyin Azərbaycanla Ermənistan arasındakı münasibətlərdən asılı olduğuna işarə edirlər. Üstəlik, Rusiya özünün əsas maraqlarını unutmur.
Bu yaxınlarda Rusiya Azərbaycan qazını Avropa qiymətləri ilə alaraq nəql etmək istədiyini bildirdi. Bu istəyin də indi təzahür etməsi təsadüfi deyil. Məsələ seçki ərəfəsinə və mühüm enerji layihələri müzakirə olunan dövrə təsadüf edir. Seçki dövründə Azərbaycan rəsmiləri Rusiya ilə münasibətlərə xüsusi həssaslıqla yanaşırlar. Rusiyada bunu bilirlər.
Beləcə, həll olunmamış Dağlıq Qarabağ problemi mühüm geoiqtisadi proseslərə təsir etməkdə davam edir. Elə buna görə də gələcəkdə üzücü və nəticəsiz danışıqlar prosesinin başlanması ehtimalı istisna edilmir. Görünür, bu prosesin Sankt-Peterburqdan başlanğıc götürməsi də təsadüfi deyil.
mənbə:http://azadliq.org/Article/2008/06/05/20080605142115147.html
DAK-ın təşkilat problemləri

İyunun 22-də Qulamrza Səbri Təbrizinin sədr olduğu Dünya Azərbaycanlıları Konqresinin Brüsseldə qurultayı keçirildi. Tədbir iki gün davam edəcək, quruma yeni sədrin və idarə heyətinin seçilməsi gözlənilir. Bazar ertəsi isə qurultay nümayəndələri və beş Avropa Parlamenti üzvünün iştirakılə Avropa Parlamentinin binasında İranda azərbaycanlıların hüquqlarının pozulmasına dair seminar keçirilməsi planlaşdırılır. Bu qurultayda, elə professor Səbri Təbrizinin sədr seçildiyi DAK-dan ayrılaraq Demokratik DAK adı altında fəaliyyət göstərən qrup da iştirak edəcək. Təşkilatçıların Birlik qurultayı adlandardığı tədbirdə Demokratik DAK-la professor Təbrizinin başçiliği altındakı qurumun birləşməsi gözlənilir. Amma, deyəsən birlik qurultayı həm də ayrılıq qurultayıdır. Çünki bu tədbirdən az əvvəl, iyunun 6-8-də DAK İdarə heyətinin bir sıra üzvləri Almaniyanın Köln şəhərində başqa bir qurultay keçirərək Sabir Rüstəmxanlını təşkilata sədr seçiblər. İndi hər iki tərəf bir-birini qeyri-legitimlikdə, təşkilatın adından sui-istifadə edərək pul mənimsəməkdə günahlandırır.
Xədicə İsmayılova Qulamrza Səbri Təbrizi ilə qurultay və DAK ətrafındakı olaylar barədə söhbətləşib. - Səbri bəy, sabah baş verəcək qurultay haqqda bizə danışardınız. - Sabah məruzələr olacaq. Neçə ölkədən, Amerikadan, Kanadadan, Azərbaycanın özündən professor Vaqif Sultanlı, professor Paşa Qəlbinur, Rusiyadan, Moskvadan professor Ramiz Abutalıbov çıxış edəcəklər. İkinci gün seçimdir. Kim sədr olacaq, kim idarə heyətinə seçiləcək – bununla bağlı rəy alınacaq. Üçüncü gün Avropa Parlamanında yığıncağımız olacaq. Orada Cənubi Azərbaycanda insan hüqüqları ilə bağlı söhbət olacaq. Biz istəyirik ki, insan haqqları konseyləri, Avropa Şurası köməklik eləsin ki, bizim məktəblərin açilmasında, orada insanları tutub işgəncə verməsinlər, bilirsiniz ki, təzəlikcə birini də şəhid ediblər, bir-neçəsi yaralanıbdır. Bu cür söhbətləri biz orada edəcəyik, yəni insan hüqüqları haqqında. Bizim qurultayın əhəmiyyəti budur ki, bu birlik qurultayıdır, yəni Dünya Azərbaycanlıları Konqresi ilə Demokratik Dünya Azərbaycanlıları Konqresi bir tarixi surətdə burada, Brüsseldə, bu qurultayda birləşirik. Bunu da mən Almaniyada seçiləndən sonra təklif etdim və dogrudur, çox zəhmlərə düşdük, amma xoşhalam ki, bu öz nəticəsini görür və bizim o birlik uşağı dünyaya gəlir. Neçə dənə qurumlar var bir belə müxtəlif adlarda, hərgah hamısının məqsədi budur ki, biz öz vətənimizə, dilimizə, anamıza xidmət edək-bu lazım deyil ki, hərəsi bir adla ola. Mənim DAK sədri kimi məqsədim budur ki, gərək hamı birləşə. Bir səslə həmişə söhbət edək. Güc birlikdədir. Xoşhalam ki, buna müvəffəq olmuşam və elə edə bilmişəm ki, birliyk bura gəlib yetib. Fəxr edirəm ki, mən bu işi yerləyə bilmişəm. - Bəs bu birliyk qurultayından öncə, nə qədər q mənbə:http://azadliq.org






