Urmuda Toy Törəni

Urmu Toy Uzuk

istəkli Soydaşlar, Azərbaycanda Ulusal-Uyqar Varlığımızın Zalımanə bir şəkildə Talandığını nəzərdə Alaraq, Azərbaycan Eşqilə Çırpınan Ürəklərin, Qələmlərini Oynadan barmaqların Varlığımızın Bütün Qatlarını Yazıb, Tanıtdırmağın Başqa Yolu Olmadığını Aydındır. 14-15 yaşlarımda Təbrizdən İlk Dəfə Urmu-ya Getdıgımız zaman, oradaki Qara Həsənli, Cəhətlu və Barbın Kəndlərındəkı Əlaqələrimizə Görə 4-5 il Yaşamaşdım. Bu Törənlər o vaxtdan yadımda qalsada,1997-ci ildə Azərbaycan Elmlər Akademiyasinin Lənkəran Bölümündə Keçirilən bir Ulusal Folklor Seminari Üçün hazırladığım bu Məruzədə, Bəzi Yanlışlıqlar ola bilər.Ona Göər ölüm Ayaqında olan Varlığımızdan Yamağı qutsal Bir qonu Olduğunu Seçənlərin daha Gözəl Yazacaqlarına inanıram. Yazdığım bu Toy Törənlıəri Təməl Urmunun Dolayindaki Kəndlərdə Keçirilən Törənlərdən İfadə olmasina baxmayaraq, Urmu Şəhərində Qaydalarina Uyğun Olaraq, Yaxın Şəkildə keçirilir. Ancaq Zaman Keçdikcə Yeniliklər Gəlir Və keçmişin Bəzi Dəbləri Unudulur. Bu kənddən o kəndə Gəlin Aparmaq Bir zaman Atilə olmuşdursada, aydındır ki, bu Gün Araba(Maşın) Bu işi görür. Bir zaman Kürəkənın Bəy Dourduğu Gün, onun Saçların Güclə Dibdən Qırxırdılarsa, bu gün onun Tellərini Daraqlayib, düzəldib Toy Törəninə Gətirirlər. Ancaq Törənə Gəlir və Toy Bəyin Qarşısında durur və Sağdış-Soldış Seçilir. Əlavə etmək istəyirəm ki, yazdığım bu Törən, bir çox yerlərdə ifa oluna bilər və olunurda, Yalnız Urmu və Dolayinda, dil, Uyqarlıq və Folklor Baxımından Sağlam, Təmiz Və Zəngin Olduğu kimi Öz Qaydasini da itirməmişdir və basqınlar Qarşısında Dirənç Göstərməkdədir. Bütün bu Dirənçə baxmayaraq, himayə olmadığı təqdirdə sözsüz çürüyüb, aradan gedəcəkdır.Elə ona görə də Folklor Tanıtma Alimlərın Boynuna bu barədə Böyük Görev düşməkdədir. 
Birinci Addım(Nişanlamaq)
1.1- Tanışlıq və görüşlər
Qız Və Oğlanın Tanışlığı təməl kənd və Şəhərlərdə, Əlbəttə Fərqli olar. Bu tanışlığı sözlə-danışıqla Tamamlamaq, kənd yerlərində ya bulaq başında olar və ya Üzüm Bağında, ya Tütün Düzərkən və ya hər hansı Toy Törənində və Qonaqlığında. Ancq bu tanışlıq hansı şəkildə olursa-olsun, görüşlər Təməl bulaq başında və Özəlliklə Sonbaharda(Payız) işlər Yüngünlləşdikdən Sonra başlar. Axşam Üstü Bəlli saatda Su bardaqilə suya Gedən Qızın Yolu Üstə, Oğlan Durar. Yaşmaqlı Qız Hər halda Yaşmaq Altından Gözlərını Oynadaraq, onu Gördügünü və Sevdiyini bildirməki Bacarar. 
1.2- Bıllı-Bıllı Sallamaq
Bu Görüşlər və Tanışlıq bayrama Qədər Davam Edər və ilin Son çərşənbəsındə(Odgün) Evın Bacasından və ya pəncərəsının Qabağından Qızın Tanıtdığı Şal ya Börk ilə, Oğlan bıllısını Sallayar. Ananında Artıq xəbərdar olduğu sorun bir az hər şeydən, Yeni “Çərşənbə yemişi” deyilən Cəviz, kişmiş, Sucuq və başqa Şəbçərələrdən Bol-Bol Ayırıb, Qıza Verər.Qız Özü hazırladığı Bayramlığıda Görünməmək Şərtilə onlara Qatıb, Oğlanın Şalına bağlar. Bu olaylardan sonra, artıq oğlan Evidə xəbərdar olar və Yavaş-Yavaş Elçiliyə Hazırlaşarlar.
1.3- Elçilik və Söz Danışma
Atanin İstəkilə və daha öncə bu muamelənin baş tutmaği Bilinmə Şərtilə, bir neçə Ağ saqqal və Ağ birçək, Qız Evinə Gedər, Sözlər danışılar, Bütün Sorunlar Ölçülər, biçilər və Raziliğa Gəldikdən sonra Şirinlik içilər.”qutlu olsun” deyərlər və Artıq o sonbaharda(Payız) bir toy Olacaği Aydınlaşar. 
ikinci Addım(Toy Törəninə Hazılıq)
2.1- Düzən
Sonbaharin ilk Günlərindən Başlayaraq, Kürəkən Evində(Bəy Evində) Gecələr Cavanlar(Gənclər) yığışar, Aşıq Varsa, Ona qulaq Asarlar, Yoxsa Özləri çalib-Oynamaqla məşğul olarlar. ilk başda Yeddicidə bir gün ilə başlayan bu Törən, yavaş-yavaş hər gecə keçirilər. Toya beş-on Gün qalmış, Artıq bu törən kəsilər və Gənclər Bəyin Qarşısında Dil Calmani Diyərək Calman(Yallı) Getmək başlayarlar. Buraya heç kim Çağrılmaz. Ancaq həm Toy Törəni Şənli keçməsi üçün, həm də Özlərinin Eyləncəsi üçün hər kəs oraya Gəlməyə can Atar.
2.2- Bazarlıq
Elə o Günlərdə Oğlan Evi və Yaxınları, Qız Evi və yaxınları birlikdə Gəlini Bazara Apararlar. Gəlin Paltarlarindan, Ayaqqabılarına qədər nə lazımdırsa, Kürəkən hesabına Alınar. Eyni zamanda QayınAna, qaynıAta, Qayın Və Baldızlarada Tuhfələr alınar Yengələr və Yaxın Qohumlar da Unudulmaz. Sırğa, Bilərzik, BoyunBağı ilə birlikdə, birdə Gəlinə üzük Alınar. Ancaq Qız Evi Hesabına Kürəkənində Üzüyü o Gün alınar və Barmaqlara Taxılar.
Üçüncü Addım(Toy Törəni)
3.1- Həbli və kəbin Kəsmə         
Hələ daha öncə şəhərdən və ya o Yörədə Kəbin Kəsilməmişsə, Toy Günü Eyni zamanda Kəbin Kəsmə Törəni də keçirilər. Qız Evində olan bu Törən Kəbin Kəsməyə Gəlmiş Alim, Bütün Şərtləri və Oğlanin Adini Söyləyərək, Qızdan razi olduğunu Soruşar. Ümumiyətlə, Qız üçüncü Dəfə Soruşanda “Hə” cavabini verər və beləliklə “Həbəli” Aldıqdan sonra Şənlik Başlar. Ancaq Kəbin Kəsildiyi zaman Öyüdlər oxunanda, orada olan Şəxslər Əllərini Daraqlamamalidirlar. Əl-Qol Aşıq Qaldığı kimi, Arxalıqların Döymələridə Açıq Qaımalidir, buna Görə ki halda yeni Qurulmuş Ailənin Həyatinda Düyün Olmaz Qənaətındədırlr.
3.2- Toy Günü
Toy Günü Ümumiyətlə Səhərdən Toy çalınar və Yallı Gətmək başlanilar. Urmu-da Təbilə “Toy” deyirlər və onuda bir Zorna ilə birlikdə olur. Yallı ya Cəlman Başlayanda Güclü bir Gənc Şali Əlində Yalli çəkər. əyər Axşama qədər Çalınacaq bütün havalarda, Oynamaği Yorulmadan başara bilsə, o gəncə o iş çox böyük Fəxr sayılar. Bir Qız-bir Oğlan Əl-Ələ yapişib, getdiyi bu yallı havalari, yumuşaq hava olan və “Yalnız Ayaq” deyilən bir hava ilə başlar ki, daha çox Heca Vəzninə uyğundur. Bu hava “Cüt Ayaq” və sonra “Tuvlama” ilə yavaş-yavaş “ Şuşənli”, ”Şixani” və sonda “Sincabi” Havasila Gün batan Çaği Sona yetər. Söylənilməsi lazımdır ki, bu havalarin bəzilərində Sadəcə Ayaqlar oynar, Bəzilərində ayaqlar birlikdə Əl-qol da oynar. Bəzilərində Belə Hərəkətı ona Əlavə olur və Sonda boyun və baş Hərəkətlərınındə işə qarışdığı, Son Havalarda Bütün Bədən İlan kimi və Ahəngli bir şəkildə Qıvrılıb-Açılar. Bu havalari və ona Uyğun olaraq oynamaqlari, Ulus Uşaqlıqdan Təcrübə Edərək Öyrənər.
3.3- Xına Gecəsi
Xına Gecəsi Toy Gününün Axşami Başlar. Qız evində çoxda Yüksək Formdə keçirilməz. Ancaq Qaval Vasitəsilə ulus Mahnılar çalıb-oxuyub, oynarlar. Oğlan Evində isə ya Aşıqa keçirilər, ya da kiçik ulus Orkestri olanToy-Kamança və Bəzi Vatxlar Qarmunla. Istər Aşıq-İstər Orkestrlə olsun, xına gecəsində bir Toy Bəyi olar, Bir də onun Əmr bəyi. Çalqıçılar Ulus Havalai Çalr və Toy Bəyinin Əmiri ilə Əmr Bəyi Müxtəlif Adamlari Oxumağa ya oynamağa Çağırar. Oxuyub-oynamaği başarmayan adam, Gənc olsa, əmr bəyin əlindəki Şüv və ya kiçik Qamçıla kötək yeməlidir. Ancaq Böyük adam olursa, Cərimə olunar. Bəlkədə ona Görədir ki, o Bölgədə hamı oxuyub-oynamaği və özəlliklə yallı getməyi, başarmaqdadir. Bəzi vaxtlar toy bəyi kiçik bir icra istəyər, buna görə ki bəlli adamlar bəzi hərəkətlərilə ulusu Güldürüb-sevindirməyi yaxşı bacarırlar. Xına gecəsində bir zaman çalıb-oynamaqdan sonra axşam yeməyi yeyilir. Bir az sonra Kürəkəni salon, ya da ki Böyük Otaği olan Bəy Evinə gətirirlər və Bəy durar(bu bəy Toy bəyilə Fərqlidir). Bu arada, Ancaq bu hadisədən öncə qız Evindən Xonçalar gələr. Xonçalar gəlməyə başladığı Zaman Əmir bəyi uca səsilə Söylər:
Xonlar oldu Amada,
Xəbər Verin Damda.
Beləliklə, o Törəndə Bəyə, toy bəyinə və Sağdış-solduşa Qız Evi tərəfindən göndərilmiş xonçalarda olan Tuhfələr, Ulusa göstərilir. Bundan sonra Artıq Sağdış-Solduş Kürəkəndən ayrılmaz. Ancaq sabahisi Gün Gəlin Gətirildikdən sonra Kürəkən Gərək Otağına Gedər və onlar bəydən ayrılar.
3.4- Bəyin Hamamı
O Gecə Səhərədəl Çalıb-oynamaqlar, Gün çıxmamış böyük toy dam Ütsütndə Gümbüldar. Bu, o deməkdir ki, Kürəkən Hamama gedir. Sağdış-Solduş və bir neçə dost-Tanışla Kürəkən hamama gedər, yuyunub hazırlandıqdan sonra, Kürəkən paltarlarin geyir və Evə dönərlər. Onu Qarşılamaq üçün özəl mahnıla ulus Oynaya-Oynaya onu Evə Gətirər. Bu hamamın və onun yan xərclərinin hamısı sağduş verməlidir. Ancaq Xına Gecəsində yığılan Toy Pulu Törənində, Solduş və Sağdış Pul salmaz. Bəzən Xına Gecəsi, gəlin Çıxan Gün tutular, Ancaq belə Hallarda ondan öncəsi Günlər və özəlliklə bir Gün əvvəl Böyük Şənlikləe keçirlər.
Dördüncü Addım(Gəlin Çıxartma Törəni)   
4.1- Hazırlıq
Gəlin Çıxarmağa Bir-iki saat Qalmış, kürəkən Sağdış-Solduş ilə birlikdə Əl öpmə Törənini İfa edər. Qız Evinə gedərək, QayınAna və QayınAtanın, Qarşısında Hörmətlə Əyilib, onların Əlibndən Öpüb, ona “Ata” və “Ana” deyə Müraciət Edər QayınAta Kürəkənin Qoluna bir Saat bağlar və Alnından öpüb, öz ovladini birinci Allaha, ikinci ona tapşırdığını Söylər.
4.2- Bel Bağlama
Gəlin çıxmazdan öncə kürəkənin ən kiçik qardaşi və ya Məhrəm bir oğlan uşaği, Gəlinin Belini bağlar və bu Sözləri Söylər:
Gəlin-Gəlin, Qız Gəlin,
inciləri Düz Gəlin,
Yeddi Oğlan istirəm,
Son Beşigin Qız, Gəlin
Beləliklə Gəlin Çixmağa hazırlanmışdır. Gəlin, Atası Evindən Çixarkən Çalqıçılar Özəl bir hava çalarlar. Bu havanin Adı QayınAnani Ağlatma havasidir. Bu hava Gəlin Qapidan çixancaya qədər qəmli və tragik olur, buna Görə ki illər Boyu alışdığı Ev-Eşiyikdən Getmək, Qəmli bir hadisədir. Ancaq bu hava yavaş-yavaş şad və oynaq bir havaya Dönər və Gəlin Qapıdan çıxanda hamı Oynamağa başlar.
4.3- güləş Törəni və Noğul Səpmə
Ümumiyətlə, Gəlin Çıxdıqdan sonra igid bir oğlan onun Önünü kəsıb, Ya Güləşmək üçün qarşı kimsə olsa istəyər, ya da Yolu Açmayacağını Söylər. ilk baxışda bu hadisə qəribə olsada, həmişə Sonu gözəl Sözlərlə və Xoşluqa bitir. Belə ki, ya oğlan Evindən bir Gənc Güləşməyə hazır olub, Qollar və Qıçlar, Çırmalanar, “Cəngi” havasi çalınarvə Güləş başlar, qalıb Gəlsə Öpüşüb, Ayrılarlar, Yoxsa Güləş olmadığı halda ona bir yaxşı armağan verilər və gəlin yolu açılar. Gəlinin KKürəkənin Evinə yaxınlaşdığı zaman iki Qızıl Alma Götürüb, Birini Öpərək Ayaqının Altına Atar, O birisini var qüvvəsi ilə Gəlinin Başının üstündən Aşdırar. Ancaq Son zamanlarda Alma Atılmır, Yaxınlaşıb Almani Öpüb, gəlinin Alnına yavaşca Vorub, Ayaqının Altında Atılar. Alma Atıldıqdan sonra Kürəkən Dama çıxıb, Gəlinin Başına Noğul, Pul, Şirinlik səpər və beləliklə, Gəlin Təzə Evinə Girirkən Şirinlik və var-dövlətlə qarşılanar.
4.4- Şal Aparma
Əski Kənddən Gəlin Gəldiki Zaman, Birdə Şal aparma Törəni varidi. Belə ki, Gəlin kəndində Qabağına Çıxan olmasaydi, Gəlin Kənddən Çıxdıqdan sonra hər kəs öz Atına minib, Kürəkənin Ailəsinə Xəbər Aparmaq istirdi. təbiidir ki Atın Belındə Ən Bək oturan və onu yaxşı Sorən Gənc Hamıdan qabaq Bəy Evinə çatıb, QayınAta və QayınaAnaya Söylərdi:
Gəlin Çıxdı Kənddən,
müşduluq Gözlərəm mən    
onlarda yaxşı bir  armağan verərdilər və bir neçə Saatdan sonra Gəlinlərini Görərdilər.
Ətək Yazılar:
Törən = Mərasim  
Ulusal = Milli      
Uyqar = mədəni                                     
Yeddici = Həftə
Bilərzik = qolbağ
Yörə = məhəllə
Qaynaq: Dilmac Dərgisi B.Rəsulzadə Və latıncə Çeviri Ümid Urmuli

Baxış sayı: 63
Açar sözlər: urmu toy güney-azərbaycan dəb urmiye 

Urmu-nun Bələdiyə binası

Urmiye urmu urmiaNasirəddin şah Qacar və özəlliklə Məşrütə zamanindan Geçiklərı təmizləmək və Şəhərlərdə yaşayanlar uluslara başqa xidmətlər vermək üçün bəzi idarələr Bələdiyə Adila Quruldu.  
Urmu Şəhərinin Bələdiyə Binası indi Urmuda Əyalət meydanının Doğusunda yer alıb. Urmunun bələdiyə binasının Dolayinda yargıç binası, Urmunun Hərbi Qüvvə binası, ŞəhərBanı bınası yer alıblar. Urmunun bələdiyə binası 1310 Köçsəl- Günəş ili “Molla Usta” ki öz zamaninin ən bacarıqlı yaradıcıların biridır Düzəldilıb. Elə ki Şəkildə Görünür bu bina Qartal Formasında Görünür, və belə deyim ki elə o vaxt qartal modelındə düzəldilıb, Görüm üçün Təbrizın Bələdiyə binasıda artal Formasındadır ki qanadların Açıb. Urmu bələdiyə binası buna Görə ki Urmu Şəhərinın ortasında yer alıb və Urmu Ötəkində çoxlu hadisələr Görüb Urmu Ulusu Sevən bir yerə çevrilib. O vaxt ki Rus ordusu iran və Azərbaycana Höcum gətirmişdir(1320 Köçsəl- Günəş ili) Bələdiyə binasının yanında olan partlayışlərə Görə bu binaya çoxlu dağılır ki sonralar bina yenilənır.         
Geçik = köçə
Doğu = Şərq
Dolay = Ətraf
Yargıç = Ədalət, hakim
Görüm = nümunə
Ötək = Tarix
Qaynaq: Urmunun Bələdiyə Saytı

Baxış sayı: 96
Açar sözlər: urmu urmiye bələdiyə güney-azərbaycan 

Urmuda Çillə Gecə Törəni

qarpız قارپیز هندوانهÇillə Gecəsində işlənilən sözlərlə bir araşdırmam olacaq. Görüm üçün Çillə, Qarpız, Qar, Qış və ...
Çillə
Türk dilində Yay Sözünün mənası Ox olur, Çillə mənası ip(Oxun ipi) və o yer ki Ox da Çubuq Qoyuruq və o mənalar ki deyiləcək
Türk dilində ilin üç Ayına(novruz bayramından üç ay gedən)yay Fəsli deyilir. O vaxt ki deyilir yayın çilləsi mənası budur ki yay Fəslindən 45 Gün gedib və Yay Günləri uzanıb.
Qışın çilləsi bu mənayadır ki Qışın Soyuxluqu Uzanıb ki ikidənədir. Böyük çillə ki 40 Gün olur və Kiçik çillə ki 20 Gün olur.
Şübhəsiz ki Çillə Sözü “Climax” sözülə bir kökdədir.
Çillə bir addır ki Çiləmək(Güclə vurmaq) Felindən(Verb) yaranıb. Çiling-Ağac oyununda vurmağa Çiling ya Çilik ya Çiliə deyilir iki bu feldən istifadə olunub.(Çil Gəlsin)
Pillə sözüdə çillə Sözü sistemindəndir, Pilov və Çilov da bir sistemdəndilər.
Qarpız
Qarpız sözünün araşdırmağı bunu bildirib ki Türk dilində olan Qarpız Sözü Bölgədə hamı dillərdə köklü və mənalı bir sözdür.
Farsca”هندوانه”o şey ki Hindistandan Gəlib, ingiliscə water melon Su Yemişi mənasındadır. hər iki dilədə baxanda görünür ki hər ikisidə sözün mənasını təsvir edirlər və özgür mənaları Yox ki bu Sözü onlarla araşdıraq. Rusca arbuz və Yunan dilində Karpozi deyilir, Eesti Dilində Arbuus, Lietuvių dilində Tikrasis arbūzas, Polski dilində Arbuz_zwyczajny  və elə ki Görürsünüz Türk Dilində olan Qarpız Sözündən alınıblar. Monqol dilində Tarbos ki Türk dilin olan Qarpız Sözünlə qohumdur.
Qış
Qar
Qarı(Qoca qarı)
Qarımaq(Qocalmaq)
Qarıtmaq(Bitkilərdə Qocalmaq ki səbəb olur Bərk olalar)
Qarğış(Lənət)
Qarğı(qamış)
Qaranat(Talehsizlik, Bədbəxtlik)
Qada(pis Bəla)
Qırmaq(qırhaqır, öldürmək)
Qızmaq(istiləmək)
Qorğu(Qorumaq)
Qorxu(Dəhşət, Qorxmaq)
Qışqırmaq(Bağırmaq, Haray)
Qudurmaq(hirsli, qəzəbli)
Quduz(Qudurmuş)
Qancıq(dişi it, Kaftar)
Qorban
Qırov(Qar ki Bərk və Toz kimin ola)
Qaran(son dövr)
Qarpız
Qırmızı
Qutlu
...
indi bilinir ki bu sözlər bir birilə münasibətdədirlər.
Azərbaycan Əfsanələrində qışın iki çilləsi, iki Qarı bacıdırlar. Onlar öz Yorğanlarını Tərpəşdirib və Qar yağdırırlar.
Qarin bir özəlliklərindən biri hər yerı Ağardar və bu işi ucadan Görər. Qarı(Qoca Qadın)da ucadan Saçları ağ olur elə ki Qar kimin Görünər. əski zamanlar ki Qoca qadınların saçları Ağarırdı belə bir əfsanəli fikir yaranıb.
Qarğı
Qarğı sözü Mizraq, Neştər Mənasındadır. indi çillər sözünə bir baxaq. Çillə Oxu uzatma Mənasındadır və burda Oxu Ən çox uzatmaq mənasındadır. nəticə bu ki Neştər ki oxdan(Qarı) Atılır Qarğı adlanır. Önəmli bu ki Qarğımaq və Qarğış hər ikisidə lənət mənasındadırlar və o iş ki Qarılar Görərlər.
indi Qarğımaq(Lənət) Felini Qarğı(Neştər) Sözüilə tutuşdurun, elə ki Görürsünüz bir Əfsanə fikiri arxasında özün Göstərir.
Qarğış(lənət) Sözünün Öz bə Öz Sözü Alqış(Tərif) Sözüdür.
indi Görünür ki Qarpız yalnız Qar sözüilə münasibəti yox bəlkə bir Qohum sözlərlə ki Azərbaycan ulus və folklorundan yer alıb münasibətdədir. Eyni zamanda Görünür ki Qış(Fəslin Adi), onun tanrısı ”Qar”, “Qarğı”(Neştər), “Qarğış”(lənət), “Qada”(bəla) və Sonda qırğın(öldürmək) və ... o şey ki bu Bədbəxtliyi bitirir və yaxşı Bəxt Gətirir Qarpız dur.
Deməliyəm ki ingilis dilində Fairy və Farsca “پری”Pəri Sözlərinə baxanda görünür ki hansı Qaynaqdan alınıblar, Türk Dili orda Görünür.
Urumda çillə Gecə Törəni
Çillə Gecəsi ilin 365 Gününün Ən uzun gecəsidir. Çillə Gecəsi Güney və quzey Azərbaycan və Türkiyədə qeyd olunur. Çillə Gecəsində Qarın yağması çoxlu Sevinc yaradır. Urmu Və başqa yerlərdə Çillədə ailə üzvləri, qohum, Tanış və ... çox səmimi bir yerə yığışır və ilin ən uzun gecəsini müxtəlif yeməklər, meyvə, şirnilərlə Böyük tuturlar. Çillə gecəsi Hamı qarpız yeyir ki soyuğa yox desin elə ki bu gecədə hər ailə bir qarpız almalıdır, Ancaq Urmu-nun kəndlərində yayda ki qarpız yetişirdi onu saman altında saxlayıb və Çillə gecəsinə saxlayardılar. Urmu-da Belə bir dəb var ki əyər ailədə yeni Evlənənlər varsa onlara ailənin böyükləri tərəfindən qarpız hədiyyə alınır. Çillə gecəsində Cəviz, halva(Həvic halvası, Cəviz Halvası), Paxlava, toxum və başqa yeməklər Süfrədə olmalıdır. Neçə il bundan öncəyə kimin Urmu-da Kəndlərdə Hamı yığışırdı Ailənin böyüyünün Evinə və orda qız, oğlan və gəlinlər birlikdə Deyib və gülərdilər. elə ki o zamanlar bu gündə hava qar yağardı kənd evlərində Kürsü olurdu və ailə Kürsünün altına yığışıb və Böyük Ata və Ana(nənə) uşaqlara və qız Gəlinlərə Atalar sözü, Bayatı, nağıl, Tapmaca və belə şeylər deyirdilər. Urmu-da Belə bir Dəb var ki hər hansı oğlan və qız ki Nişanlı olalar oğlan tərəfi Qız Evinə Pay və Çilləlik Göndərər ki Qarpız, Milax, Cəviz, Halva və başa yeməklər olur. Elə ki yadımda o vaxt bizdə Ailəmlə birlikdə Gedərdik Xan nənəm gilə ki evləri kənddə olurdu orda çillə Gecəsi üçün çoxlu yeməklər hazırlayardı Xan nənəm Görüm üçün Milax, və Turş Üzüm(Üzümü neçə vaxt Qoyarlar sirkəyə və çillə vaxtı yemək üçün hazır olur), Cəviz, Sucuq və ... Çillə Gecəsində hamı Evlərdə çox Şənlik olur və hamı uşaq və böyüklər Deyib Gülməkdən bu uzun gecəni Səhərə çatdırarlar. Urmu-da bir araşdırdım bir dəb də Ata-Analardan eşitdim ki əski zamanlarda bu dəb olurdu, o da bu ki bala və Böyük çillə çıxandan sonra hər həftə çərşənbə günü bir od yandırardılar və bu işi ilin son çərşənbəsinə qədər davam edərdilər.  
Çillər Gecəsində oxunan bayatılar:
Ay çillə Yeçillər Qardaş
Atın Qəmçilə Qardaş
Bir Gəldin Danışmadıq
Qəlbim Açıla qardaş
El arasında Çillələr Haqqında müxtəlif nağıllar vardır ki onlardan neçəsini yazıram:
Çillələr iki bacıdırlar bir böyük bacı birdə kiçik bacı. Günlərin bir Günü bacılar iydə Ağacının Altında oturmuş, danışırdılar. Kiçik çillə; Böyük çilləyə deyir ki:
- bacı sən getdin nə eylədin?
Böyük çillə deyir ki:
- Mən getdim; Dondurdum; Üşütdüm, xəstəliklətdim; Gəldim!
Balaca bacı Gülüb və Dedi ki:
Mən sənin kimin dəyiləm! mən gedib; qarları kürəkdən; gəlinləri biləkdən;  Körpələri bələkdən Eylərəm !!
Cavabında Böyük bacı Gülüb və deyir:
- bacın ölsün! Səndə bir iş Görə bilməzsən; ömrün Azdır; onun yazdır
Bir başqa Nağıl:
Belə deyilir ki qış bir qarıdır və onun üç oğlu vardır. Adları böyük şillə, kiçik çillə, Boz
Anaları Böyük oğlun Göndərib qayıtdıqdan sonra Soruşar ki; nə eylədin?
Böyük çillə deyər ki: ocaq qırağına Düzdüm gəldim!
Sonra Anaları kiçik çilləni Yollayıb, Qayıt-dan sonra soruşar ki Sən nə eylədin?
Kiçik oğlan cavab verər ki: ocaq içinə doldurub Gəldim!
Lap son Boz Ay Göndərir, Döndükdən sonra soruşar: sən nə eylədin?
Boz Ay deyir ki: məndə gedib ocaqdan çıxartdım gəldim!

Görüm = nümunə, örnək
Qaynaq: Dilmac Dərgisinin 34-cü sayı, wikipedia

Baxış sayı: 60
Açar sözlər: çillə gecəsi urmu urmiye orumiyeh 

Ulusal Dilimiz Haqqında Azərbaycan Ulusal hökumətının Qərarı

21 Azer Seyid Cəfər PişəvəriUlusumuzun Dövlət Dəstgahına Yaxınlaşdırmaq və Ümumən Ehtiyacatini Sadə bir Şəkildə Anlamaq və Ulusal Dili və Uyqarlıqımızın Artırması və Evrim yollarini Təmizləmək üçün, Azərbaycan Ulusal Hökuməti Özünün 14 Dey Ayi(Aralıq Ayı) 1324 ilaygünlü Toplatısısnda Aşağıdakı Qərarları Qəbul Etmişdir:
1- Bu Gündən Etibarən Azərbaycanda, Azərbaycan Türkcə Dili Rəsmi dövlət Dili hesab olunur. Dövlətin Qərarları və Rəsmi elanlar, Ulus Qoşunları hissələrinə Verilən Əmrlər və Qanun Layihələri Gərək Azərbaycan Türkcə yazılmalıdır.   
2- Bütün idarələr(Dövləti, Ulusal, İctimai və ...) öz işlərini Azərbaycan Türkcə Dilində yazmağa məcburdurlar. Bu dildə Yazılmayan Dəftər və Sənədlər Rəsmi hesab olunmayacaqdır.
3- məhkəmələrdə işlərin Cəryani Tamamilə Azərbaycan Türkcə Dilində Aparılmalı və Bu dili bilməyənlər üçün çevirmən olunmalidir.
4- Azərbaycanın Bütün idarə, müəssisə, ticarətxanalarının tabloları gərək Azərbaycan Türkcəsində yazılmalıdır.
5- Rəsmi iclas və Toplantılarda, Danışıqlar və tartışmalar Azərbaycan Türkcəsi olmalıdır.
6- Azərbaycan Türkü olmayıb başqa Dil ilə danışanlar və ümumi Dövlət idarələrdə xidmət edənlər Azərbaycan Türkcə Dilində yazıb və oxumağı və danışmağı öyrənməlidirlər.
7- tanıtım başçısı, idarə məmurlarını Azərbaycan Türkcə tanış etmək məqsədilə ayrı Dillərdən savadlı olanlar üçün idarələrin nəzdində böyüklər üçün özəl siniflər açılmalıdır. Bu siniflərdə hazır olanların iş vaxtından bir saat az olmalidir.
8- Azərbaycan da yaşayan başqa Uluslar öz işlərini öz Ana Dillərində aparmağa haqlıdırlar. Lakın onlar öz rəsmi elanları və yazılarında öz Ulusal Dilləri ilə Bərabər Azərbaycan Türkcə dilini rəsmi dövləti Dil olaraq işlətməlidirlər.
9- Azərbaycanda yaşayan xırda ulusların özəlliklə Ulusal məktəblərindəki Öyrətim öz Ana dillərində olduğu halda, Azərbaycan Türkcə Dilinində Tədrisi məcburidir.
10- Azərbaycan ulusal hökuməti, Tanıtım başçısının məktəblərdə dərslərin Azərbaycan Türkcəsində olmalı haqqındakı qərarını Təsvib və təkid edib, Mədrəsələrdə Ulusal Dilə keçməsini bütün kişi və qadın Öyrətmənlərlə bir ulusal Vəzifə kimi tapşırır.
Azərbaycan Ulusal dövlətinin başçısı - Seyid Cəfər Pişəvəri      
Qaynaq: Dilmac Dərgisai
Evrim = Təkamül
Aralıq = Dekabr
Ilaygün = Tarix
çevirmen = tərcüməçi

Baxış sayı: 78
Açar sözlər: azərbaycan türk dili seyid-cəfər-pişəvəri 

Cənnət Urmuda

urmu urmiye Orumiyeh EdenElə ki Quran, Tövrat, incil kitablarinda yazılıb yer üzündə bir cənnət var ki bu kitablarda bu Cənnətə Ədən(Ərəbcə عدن, ingiliscə Eden) adlanıb. Elə ki 2004 ci ildə discovery Kanalı bu qonuda araşdırıb və bir film çəkdi ki bilinsin yer üzündəki Ədən harada? Mən bu Gün bu filmi sizlər çün hazırlamışam ki bu filmə baxandan sonra bilinir ki mən nə üçün yazımın başlığın Cənnət Urmu da yazmışam. Bu filmi dörd Bölümdə hazırlamışam ki filmi aşağıdakı yerdən baxa bilərsiniz:
Birinci bölüm, ikinci Bölüm, üçüncü bölüm, dördüncü Bölüm

Baxış sayı: 142
Açar sözlər: urmu urmiye orumiyeh ədən cənnət 


  Yazılar cəmi: 199   Sonrakı səhifə »

Blog Haqqında


urmuli

ümid urmulu Bilgi sayar öyrəncisi.
E-mail ünvanım:
urmuli@Ymail.com

Axtarış

Açar sözlər

internet  web2.0  şəkil  blog  google  urmu  urmiye  twitter  cazibədar  blogçu  sosial  reklam  gözəl  orumiyeh  mobil  alət  türk  friendfeed  video  urmia  fashion  musiqi  e-mail  youtube  facebook  urmiya  korpə  uşaq  pulsuz  ziyarətçi  macintosh  azəriblog  azərbaycan  feed  gölü  oyunları  güney  qadın  brauzer  şou-biznes  nokia  apple  madonna  telefon  g-mail  blogging  olimpiya  yeni  reader  sevgi  hilton  istifadəçi  yatmaq  dəb  logo  t-shirt  ədəbiyat  imkan  şəhər  paris  pagerank  güney-azərbaycan  qəhrəman  extension  rss  axtarma  böyük  microsoft  mozilla  yazmaq  bloging  rəng  2008  analiz  firefox  web3.0  scarlett  kitab  jurnal  xarici  azeriblog  electrical  noutbuk  tərcümə  program  kart  siqar  gəmi  china  səmədov  mark  ideya  qadını  mənbə  ədən  bloginig  şıq  portable  haqq  yazıçı  yoldaşı  şəhrivərin  yardımçı  kosmos  ictimai  firfox  lohan  ada  chictopia  səyahət  wallpaper  coli  jewel  xidmət  bələdiyə  britny  link  iştirak  web1.0  cennifer  dəmir  xatın  quş  font  bayraq  təmir  engineering  dil  dost  life  wakoopa  poçt  bayramı  kotorda  saat  olympic  lake  pul  chritmas  arzu  qehreman  yükləmək  yahoo  dili  mikro  gigapan  tərkib  portativ  quran  abidə  nyu-york  vikipediya  varlıq  planet  mağaza  tələ  analr  music  gölö  moopz  twiddict  travelblog  line  avtobus  doğulması  marries  gül  spears  alihan  ünvan  tweetube  xidmətlər  şou  saqqız  bookmarking  şrift  lavender  biznes  ailə  geek  islam  yasaq  adam  ibm  sifarişi  nevruz  mod  titanic  chinese  qazanmaq  mysocial247  il  dream  üzən  neftçi  chin  endirmək  xəbər  seyid-cəfər-pişəvəri  plurk  üz  proqram  dastan  günbəz  wikipediya  frinfeed  yazı  prptokol  atalar  johansson  advertisement  chat  matthias  foto  alva  andersonun  commnet  toy  livingsocial  balaban  vahid  billboard  tomris  məlumat  yapışmaq  chrome  social  xml  oxumaq  samsung  gölməlı  fecebook  general  məgalə  dəyişikliyi  məşhur  laptop  novruz  nümayişi  qatar  kasıb  office  keep  divar  uefa  olempic  wibe7  yemək  çillə  talk  searchwiki  yuxarı  nağıl  üç  tamaşa  burla  yer  həcm  sözlərı  avtomobil  müvəffəqiyyət  endir  meebome  yotophoto  off  photo  thomas  pamela  beijing  şərh  film  klip  alma  xatun  server  voleybolu  cənnət  webmaster  qabıq  singshot  veb  komik  tövsiyə  həyat  onikisi  iqlim  twitdir  söz  monitor  xsüsiyyət  bozqurd  rahat  lindsey  balış  mirzə  namə  saxlamaq  kağızılar  anjelina  woman  oyun  gecəsi  bunch  professional  web  aniston  bookmark  dədə-qorqud  sağlamlıq  birdpost  smushit  mexanik 

Sayqaç

İndi blogda: 19
Keçən ayın hiti: 23718
Dünənki hit: 662
Bugünki hit: 930
Ümumi hit: 151246